Şənbə , 4 Aprel 2026

Monthly Archives: Avqust 2025

Suriyanın paytaxtında güclü partlayış baş veribl

Suriyanın paytaxtı Dəməşqin Mezze bölgəsində avtomobillərin sıx olduğu yolda güclü partlayış səsi eşidilib. Boyukmillet.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Qeyd olunur ki, naməlum şəxslər “Golden Mezzeh” hotelinin yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcıları işə salıblar. “Shafaq News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, partlayış yalnız maddi ziyana səbəb olub, tələfat barədə hələlik məlumat yoxdur. Hadisə yerinə təcili …

Read More »

Daha bir qazımız intihar edib

Daha bir vətən müharibəsi iştirakçısı, qazi Bəhruz Kərimov intihar edib. Hər dəfə belə xəbərləri eşidəndə günlərlə adam özünə gələ bilmir. Hər dəfə biri bizdən bir can alıb gedir bu səngər yoldaşlarımızın. Bizim nə qədər canımız var ki!? Necə durdurmaq, necə əlac olmaq olar bu böyük dərdə, bilmir adam.. Qulu Məmmədli

Read More »

Böyük Britaniya Misirdəki səfirliyini müvəqqəti bağlayıb

Böyük Britaniyanın Qahirədəki (Misir – red.) səfirliyi Misir hakimiyyətinin diplomatik missiyanın mühafizəçilərini geri çağırması səbəbindən əsas binasının müvəqqəti bağlandığını elan edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Britaniya XİN feysbuk sosial şəbəkəsində məlumat yayıb. “Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Qahirədə Böyük Britaniya səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunun fonunda vəziyyət dəyişənə qədər səfirlik binasının …

Read More »

İsrail Ordusunun komandanı: HƏMAS-ın xaricdəki liderlərini də zərərsizləşdirməyə hazırıq

İsrail Ordusu digər ölkələrdə olmaqla, Fələstinin radikal HƏMAS hərəkatının liderlərinin məqsədyönlü şəkildə zərərsizləşdirilməsini davam etdirməyə hazırdır. Boyukmillet.com-un xəbərinə görə, bunu İsrailin Müdafiə Ordusunun baş qərargah rəisi Eyal Zamir Qəzza zolağında HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydənin zərərsizləşdirilməsini şərh edərkən deyib. “İsrail Ordusu bütün istiqamətlərdə və istənilən vaxt təşəbbüskarlıq, əməliyyat üstünlüyünə malik olmaqla hücum əməliyyatları həyata keçirir. Dünən Qəzza zolağında HƏMAS …

Read More »

ETSN: Bakı və Abşeronda havada tozun miqdarı normadan 2 dəfə artıqdır

Avtomatik stansiyalardan əldə edilən məlumata görə, bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.8-2 dəfə artıqdır. Boyukmillet.com xəbər verir ki, bunları Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib. O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə …

Read More »

Türkiyə Prezidenti: Regional sülh üçün atılan addımlar çoxşaxəli olmalıdır

Regional sülh üçün atılan addımlar çoxşaxəli olmalıdır. Boyukmillet.com TRT-yə istinadən xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çinin aparıcı media orqanlarından olan “People”s Daily” qəzetində yayımlanan “Sülh və ədalət üçün ortaq yol” başlıqlı məqaləsində yer alıb. Türkiyə Prezidenti vurğulayıb ki, iqtisadi əlaqələr, infrastruktur layihələri, enerji əməkdaşlıqları və mədəni mübadilə etimadı möhkəmləndirən institusional amillərdir: “Türkiyə müxtəlif coğrafiyalarda həyata …

Read More »

Salah Premyer Liqa çempionluğuna əsas namizədin adını açıqlayıb

“Liverpul”un və Misir millisinin cinah oyunçusu Məhəmməd Salah 2025/2026-cı il mövsümündə İngiltərə Premyer Liqası çempionu olmaq üçün əsas namizədin adını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, futbolçunun sözlərini “Sky Sports” yayıb. “Çempionluğun favoritlərindən danışsaq, “Arsenal”ı vurğulayardım. Onların təxminən 5-6 ildir birlikdə oynayan stabil heyəti var, ona görə də meydanda qarşılıqlı əlaqə daha asandır. Son vaxtlar “Liverpul” və “Mançester Siti”nin heyətlərində çoxlu …

Read More »

Tramp İllinoys qubernatorunu hədələyib

ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, yerli hakimiyyət cinayətləri nizamlamasa, Çikaqoda federal nəzarət tədbirlərinə müraciət edə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. Siyasətçi qeyd edib ki, ötən həftəsonu şəhərdə 24 nəfər güllələnib, 6 nəfər isə xəsarətlər alıb. Tramp “İllinoys ştatının qubernatorunu” xatırladıb. “O (İllinoys ştatının qubernatoru Cey Pritsker – red.) dəlidir. Yaxşı …

Read More »

Prezident İlham Əliyev: Azərbaycanla Ermənistan arasında artıq sülh bərqərar olub

Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqlar ikitərəfli əsasda aparılır. Boyukmillet.com xəbər verir ki, bunu Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirdiyi görüşdə deyib. Prezident İlham Əliyev qeyd edib ki, artıq iki ölkə arasında sülh bərqərar olub.

Read More »

Alimlər diabet riskini əhəmiyyətli dərəcədə azaldan üsul açıqlayıblar

Aralıq dənizi pəhrizinin kalori məhdudiyyəti, müntəzəm fiziki aktivlik və peşəkar dəstəklə birləşdirilməsi II tip şəkərli diabetin inkişaf ehtimalını 31% azaldır. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Science Daily” elmi jurnalında dərc olunan araşdırmada qeyd olunur. Harvard Universitetinin professoru Frank Hu bildirib ki, hazırda dünya qlobal şəkərli diabet epidemiyası ilə üz-üzədir. “Yüksək səviyyəli sübutlara əsaslanan bu araşdırmamız göstərir ki, pəhriz və həyat …

Read More »