Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən MMC-lərdən biri 12 Türkiyə vətəndaşını Azərbaycanda yaşayış icazəsi olmadan işlədib. MMC-nin icraçı direktoru Günel Əlizadə həmin işçilərin müxtəlif vəzifələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını yazılı izahatında bildirib. Həmçinin əcnəbilərin hər biri də öz izahatlarında bu faktı təsdiq ediblər. Miqrasiya Məcəlləsinin 63.4-cü …
Read More »Yearly Archives: 2025
Lökbatandakı yanğınla bağlı cinayət işi başlandı
Ötən gecə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində baş verən güclü yanğınla bağlı cinayət işi açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, massivdə yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və …
Read More »Lökbatandakı yanğının səbəbi bilindi
Lökbatan qəsəbəsinin Qobu Park 1 yaşayış massivində baş verən yanğında həyatını itirənlərdən ikisi uşaqdır. Hadisəyə mənzildəki kombi aparatında baş verən partlayış səbəb olub. Hadisə zamanı eyni evdə yaşayan iki məktəbli və onların anası həlak olub. Qonşu evdə yaşayan təxminən 65 yaşlı kişi kömək etmək üçün içəri daxil olarkən həyatını itirib. Onun həyat yoldaşı isə tüstüdən təsirlənərək xəstəxanaya aparılıb. Onların adlarını …
Read More »ABŞ Sakit okeanda daha bir qayığı vurdu
Dekabrın 4-də ABŞ qüvvələri Sakit Okeanda beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmini məhv edib. Boyukmillet.com xəbər verir ki, məlumatı ABŞ Cənub Komandanlığı açıqlayıb: “Kəşfiyyat gəminin narkotik daşıdığını və Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini təsdiqləyib. Gəmidə dörd narkoterrorçu olub və onlar öldürülüb”. 3 dekabrda ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Latın Amerikasında narkotik kartellərinə qarşı …
Read More »Pentaqon Kanadaya böyük partiya silah satışını təsdiqlədi
ABŞ Müdafiə Nazirliyi Kanadaya 2,68 milyard dollarlıq sursat satışını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, qərarı Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi açıqlayıb. Silah paketinə hava bombaları və əlaqəli logistika daxildir Bəyanata görə, Kanada hakimiyyəti əvvəllər ABŞ-dan, digər şeylərlə yanaşı, BLU-117, BLU-109, BLU-111 və GBU-39 hava bombaları, müxtəlif əlaqəli avadanlıqlar və təlim sursatları istəyib. Sənəddə vurğulanır ki, “təklif olunan satış NATO müttəfiqinin döyüş …
Read More »Əziz Ələkbərli: Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir
Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının dinc yolla öz yurdlarına qayıda bilmələri üçün beynəlxalq təşkilatlar və xarici ölkələrlə daim əlaqələr yaradılır: “Qərbi Azərbaycan İcmasının daimi əlaqə …
Read More »Bakıda yaşayış binasında yanğın olub, ölən və zərərçəkənlər var – YENİLƏNİB-2
Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş yanğın nəticəsində 4 nəfər tüstüdən zəhərlənib. “Report”un əldə etdiyi məlumata görə, hadisə nəticəsində İbrahimova Afət Müzəffər qızı ( 1974), İbrahimov Ramal Niyazi oğlu (2006), Əliyeva Sevinc Fazil qızı (1980) və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) tüstüdən zəhərləniblər. Qeyd edək ki, yanğın nəticəsində daha dörd nəfər ölüb. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və …
Read More »ABŞ Rusiya və Çinə qabaqcıl çiplərin satışını qadağan etmək niyyətindədir
ABŞ senatorları “Nvidia” şirkətinin ən qabaqcıl çiplərini Rusiyaya və digər “düşmən” ölkələrə iki il yarım müddətinə satışını qadağan edən qanun layihəsi təqdim ediblər. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Financial Times” xəbər verib. “Çip haqqında qanun (SAFE) ticarət nazirindən qabaqcıl çiplərin rəqib ölkələrə ixrac lisenziyaları üçün müraciətləri azı 30 ay müddətinə rədd etməsini tələb edəcək. Düşmən ölkələr kimi Şimali Koreya, Rusiya, …
Read More »Mahmud Səfəralıyev HƏBS EDİLDİ
Hərbi Prokurorluğun Biləsuvarda bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq zastava rəisi Mahmud Səfəralıyev barəsindəki qərardan verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib. Hərbi Prokurorluğun təqdimatı təmin edilib və Mahmud Səfəralıyev barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd …
Read More »Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edildi
Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb olunub. Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazilərdə bir neçə gündür davam edən yanğının meşə massivinə keçməsinin qarşısının alınması üçün tədbirlər görülür. Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının məhdudlaşdırılması üçün havadan və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar