Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edib və oxuyub. Həmçinin o, mahnını “YouTube”da yunan dilində “Hara gedir” adı altında yayımlayıb. …
Read More »Yearly Archives: 2025
Kirayə bağ evlərinin qiymətində kəskin bahalaşma (VİDEO)
Dənizətrafı ərazilərdə kirayə bağ evlərinin qiymətlərində əvvəlki illərlə müqayisədə kəskin bahalaşma var. Boyukmillet.com xəbər verir ki, 2023 və 2024-cü illərlə müqayisədə bağ evlərinin qiymətində iki dəfəyə qədər artım müşahidə edilir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bunun əsas səbəblərindən biri tələbin ildən-ilə artmasıdır. Ən bahalı evlər isə Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Buradakı bağ evləri hovuzlu, kinoteatrlı, …
Read More »Karantin rejiminin müddəti yenə uzadıldı
Nazirlər Kabineti səbəb kimi hələ də koronavirus (COVID-19) infeksiyasını göstərir Azərbaycanda karantin rejiminin müddəti 2025-ci il oktyabrın 1-dək uzadılıb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Qərarda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verilib. Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il iyulun 1-nə qədər olan müddəti əhatə edirdi. Prezident İlham Əliyev 2024-cü il …
Read More »ABŞ sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
“American Airlines” aviaşirkətinə məxsus və Yeni Dehli — Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Boyukmillet.com bu barədə hava limanına istinadən xəbər verir. Məlumata görə, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub. “Boeing 787-9 Dreamliner” tipli təyyarə yerli vaxtla saat 02:30-da Bakı hava limanına uğurla eniş edib. Sərnişinə …
Read More »Suriyada ABŞ hərbi bazası hücuma məruz qalıb
ABŞ-nin Suriyanın şimal-şərqində yerləşən Həsəkədəki hərbi bazası hücuma məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Read More »İsrail İranın bir neçə ballistik raket anbarını məhv edib
İsrail Hərbi Hava Qüvvələrinin (IDF) İrana endirdiyi zərbələr nəticəsində İsraili hədəf almış bir neçə ballistik raket anbarı və buraxılış meydançası məhv edilib. Boyukmillet.com İsrail mediasına istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bu gün səhər İsrail Hərbi Hava Qüvvələri 15-dən çox qırıcı təyyarənin iştirakı ilə İranın Kirmanşah bölgəsinə bir sıra zərbələr endirib və …
Read More »Dövlət Departamenti amerikalıları İrana zərbələrdən sonra ayıq olmağa çağırıb
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir. “İsrail və İran arasında münaqişə Yaxın Şərqdə nəqliyyat sistemlərinin pozulması və vaxtaşırı hava məkanının bağlanması ilə nəticələnib. Xaricdə ABŞ vətəndaşlarına və maraqlarına qarşı nümayişlər üçün potensial var. Dövlət Departamenti bütün dünyada ABŞ vətəndaşlarına …
Read More »NYT: ABŞ İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
ABŞ ordusu və kəşfiyyat rəsmiləri İranın dəstəklədiyi qrupların İraq və ola bilsin Suriyadakı Amerika bazalarına hücum etməyə hazırlaşdıqlarına dair işarələr qeydə alıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb. Nəşr qeyd edib ki, hələlik ABŞ ordusuna qarşı heç bir tədbir görülməyib və İraq hakimiyyəti qrupları ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq hücumlardan …
Read More »İsrail qırıcıları Tehran və İranın qərbinə 30 bomba atıblar
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20 qırıcı Tehran və İranın qərbindəki “hərbi” hədəflərə 30 bomba atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, xüsusilə qırıcı təyyarələr İsrail dövlətinin ərazisinə zərbələr endirmək üçün nəzərdə tutulan raketlərin saxlanması və buraxılması üçün infrastruktura, həmçinin İranın qərbindəki Kirmanşah və Medandakı hərbi radar stansiyalarına hücum edib. …
Read More »Azərbaycan cüdoçuları Berlində 9 medal qazanıblar
Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən gənclər arasında Avropa Kubokunu 9 medalla başa vurublar. Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yarışın ikinci – sonuncu günündə milli komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib. 90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə əlamətdar olub. Tuncay Şamil qızıl, Aslan Kotsoyev gümüş medala yiyələnib. 81 kq çəki dərəcəsində Süleyman Şükürov, +100 kq çəkidə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar