ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı üçün pilotların hazırlanması, helikopterlərə xidmət və digər maddi-texniki dəstək üzrə 1 milyard dollar məbləğində xidmətlərin göstərilməsinə icazə verib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah satışına məsul olan Təhlükəsizlik sahəsi üzrə Əməkdaşlıq Agentliyi bildirib. Açıqlamaya görə, ABŞ Dövlət Departamenti krallıq üçün helikopter pilotlarının təlimi və əlaqəli avadanlıqlara 500 …
Read More »Yearly Archives: 2025
Messinin Argentinanın Mar del Plata şəhərindəki heykəli dağıdılıb
Lionel Messinin Argentinanın Mar del Plata şəhərindəki heykəli dağıdılıb. Boyukmillet.com Argentina mətbuatına istinadən xəbər verir ki, heykəli dağıdanlar millinin keçmiş futbolçusu Serxio Aqueranın abidəsinin ucaldılmasını tələb ediblər. Messinin heykəli Argentina yığmasının 2022-ci ildə Qətərdəki dünya çempionluğuna həsr olunub. Qeyd edək ki, 38 yaşlı Messi cari mövsüm ABŞ-nin “İnter Mayami” klubunda meydana çıxdığı 41 oyunda 38 qola və 23 məhsuldar ötürməyə …
Read More »QHTlərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi… – FOTOLAR
Aygün Əliyeva karyera pillələrinə irəliləməsində müstəsna rol oynayan şəxsə qrant ayırıb(?) Yenixeber.org: QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı araşdırmalarımızla daha bir maraqlı faktla qarşılaşdıq. Agentlik 2022-ci ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun “Əbədiyyətə qovuşanlar” adlı kitabının çapına maliyyə dəstəyi verib. Kitab QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap olunub və hətta M.F.Axundov kitabxanasına da hədiyyə edilib. İlk baxışdan bir nəsnə görünməsədə, Yenixeber.org-a daxil olan məlumatlardan belə məlum olur ki, Aygün Əliyevanın bu …
Read More »Tbilisidə kütləvi mitinq: QHT-lər hökuməti geniş repressiyalarda ittiham etdi
Gürcüstanın paytaxtı Tbilisidə fasiləsiz etirazların bir illiyi genişmiqyaslı mitinqlə qeyd edilib. Aksiyada çıxış edən QHT-lər birgə bəyanat yayaraq, hökumətin son bir ildə repressiyaları gücləndirdiyini bildiriblər. Bəyanata görə, bu müddətdə 160-a yaxın cinayət işi açılıb, təxminən 300 etirazçı işgəncə və pis rəftara məruz qalıb, 600-dən çox şəxs saxlanılıb, 1000-dən çox insan siyasi motivlərlə cərimələnib. Bundan əlavə, jurnalistlərə qarşı 400-ə yaxın təzyiq …
Read More »Polşalıların 40%-dən çoxu Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini dəstəkləyir
16 noyabrda Varşava-Lyublin dəmiryolunun bombalanmasından sonra Polşa vətəndaşlarının 40%-dən çoxu Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini dəstəkləyir. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, sorğu müəlliflərinin fikrincə, Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini dəstəkləyənlərin əksəriyyəti ibtidai təhsilə malikdir və kiçik şəhərlərdə yaşayır. “SW Research” tədqiqat mərkəzinin “Rzeczpospolita” qəzeti üçün apardığı sorğuya görə, respondentlərin 42,6%-i bu mövqeyi dəstəkləyir. Respondentlərin 28,5%-i Rusiya ilə diplomatik …
Read More »Rəşadət Nabatov işdən çıxarıldı
Rəşadət Nabatov Naxçıvan Muxtar Respublikası “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub. Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxovun müvafiq əmirinə əsasən Nabatov Rəşadət Qurban oğlu “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub.Bildirilib ki, R. Nabatov 04-21 noyabr tarixlərində Naxçıvan Muxtar Respublika Xəstəxanasında aparılan kompleks yoxlamaların yekunlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının …
Read More »Niderland Ukraynaya silahlanma üçün 250 milyon avro ayırdı
Niderland müdafiə naziri Ruben Brekəlmans açıqlayıb ki, ölkə Ukrayna üçün PURL proqramı çərçivəsində 250 milyon avro məbləğində yeni hərbi paket ayırır. Boyukmillet.com xəbər verir ki, vəsait ABŞ-dan hava hücumundan müdafiə sistemləri, F-16 üçün sursat və digər hərbi təchizatların alınmasına yönəldiləcək. Bu qərar Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində Niderlandın davamlı dəstəyinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Read More »Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükurovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində qətimkan tədbirin seçilməsi ilə bağlı təqdimat və vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) …
Read More »Azərbaycan gömrükçüləri 276 min manatlıq brend malların ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Dövlət Gömük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədilə keçirilmə halı aşkarlanıb. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Ankara-Bakı aviareysilə gələn sərnişin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl-zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Gömrük əməkdaşlarının risk əsaslı gömrük nəzarəti zamanı sərnişin gömrük yoxlamasına dəvət …
Read More »ATƏT Minsk qrupu rəsmən fəaliyyətini dayandırdı
ATƏT 30 noyabr saat 23:59-da Minsk prosesi ilə bağlı bütün strukturların fəaliyyətinin tam dayandırıldığını açıqlayıb.Boyukmillet.com xəbər verir ki, bu qərar Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra ATƏT-in Finlandiya sədrlik institutu tərəfindən hazırlanmış və Nazirlər Şurasının MC.DEC/1/25 saylı 1 sentyabr tarixli qərarı əsasında icra olunub. Təşkilatın bəyanatında bildirilir ki, Minsk prosesi və ona bağlı qurumların bağlanması ilə ATƏT çərçivəsində uzun illər mövcud olmuş …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar