Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində çıxışı zamanı deyib. E.Yusubov bildirib ki, hazırda yerli və xarici investorlar üçün münbit şərait yaradılır: “Bu ərazilərdə 3 mindən artıq şəxs il sonuna kimi işlə təmin olunacaq”. …

Read More »

DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərinə müdaxilənin qarşısını almaq üçün milli proqram yaratmaq idi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Tural Əliyev vəkilinin suallarını cavablandıran zaman qeyd edib ki, “Ultra Technologies” şirkətinin gizli məlumatlarına giriş edib: “Daxil olan zaman gördüm ki, Azərbaycan şirkətidir. Şirkətin bazasına girməkdə …

Read More »

Ərdoğan Türkiyə – Azərbaycan təbii qaz sahəsi üzrə əməkdaşlıq sazişini təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişini təsdiq edib. Boyukmillet.com-un məlumatına görə, sazişin təsdiqi barədə məlumat “Resmi Gazete”də dərc olunub. Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də Sazişi təsdiqləyib. Sazişə əsasən tərəflər Azərbaycan Respublikası və Türkiyə Respublikası …

Read More »

Əvəz Zeynallının azad olunması ilə bağlı məhkəməyə müraciət edilib

Vəsatətə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq Boyukmillet.com xəbər verir ki, “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə müraciət edilib. Vəsatət Nizami rayon Məhkəməsində icraata götürülüb. Vəsatətə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq. Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-dan həbsdədir. O, külli miqdarda rüşvət alma, dələduzluq, …

Read More »

Şabrançayda iki nəfər batıb

Hər iki şəxs işə gedən zaman selə düşüb Aprelin 16-sı Şabrançay çayının Şabran rayonu Xəlfələr kəndindən keçən hissəsində iki nəfərin batdığı bildirilir. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, həmin şəxslərin meyitlərinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub: “Müraciətlə əlaqədar FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil …

Read More »

Arkadi Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib. Boyukmillet.com xəbər verir ki, o, dövlət ittihamçılarının suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib. Arkadi Qukasyan azərbaycanlılara qarşı cinayət törətmiş dəstələrin rəhbərlərindən – Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış …

Read More »

Tofiq Yaqublu vəkil otağına elektromobildə gətirilib

Ümumi halsızlıq, taqətsizlik, başgicəllənmə əlamətləri davam edir Vəkili Fəxrəddin Mehdiyev bu gün, aprelin 16-da Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublu ilə görüşüb. Fəxrəddin Mehdiyev bildirib ki, Tofiq Yaqublu vəkil otağına elektromobildə gətirilib: “Bugünkü yoxlamada müayinənin nəticəsi belədir. Çəkisi 84 kiloqram 900 qram, saturasiya 94, təzyiq 120/80, ürək döyüntüsü 98, temperatur 36.1-dir. Bildirməsinə görə, onda ümumi halsızlıq, …

Read More »

AQC Bank Ekspertlər Şurası Qiymətləndirici təşkilatların seçim meyarlarını və tələb kriteriyalarını təsdiqlədi – FOTO

Toplantıya Türkiyə Respublikasının böyük dövlət banklarından olan  Vagıf Bank nümayəndəsi qatıldı Boyukmillet.com xəbər verir ki, AQC daxilində 17 bankı birləşdirən  və qiymətləndirmə sektoru ilə bank sektorunun əməkdaşlıq platforması olan AQC Bank Ekspertlərlər Şurasının növbəti toplantısında bankların qiymətləndirici şirkətlərlə əməkdaşlıq meyarları müzakirə edilib. Şirkətlərə tələblərlə əlaqədar müzakirələrdə onların Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olması, bankar üçün tələb olunan sahələr üzrə şəhadətnaməsinin mövcudluğu, …

Read More »

Lökbatan qəsəbəsindəki “VİP LOMBARD” vətəndaşa fırıldaq gəlib – ŞOK FAKTLAR

Azərbaycanda lombardlarda kredit faizləri olduqca yüksək olsa da, əksər vətəndaşlar məcburiyyətdən bu xidmətdən yararlanırlar. Lombard krediti sahəsində ciddi nəzarət mexanizminin yaradılacağı ilə bağlı müzakirələr açılsa da, hələ ki, buna yekun vurulmayıb. Ekspertlər hesab edirlər ki, müəyyən maraq qrupları qanunun qəbul edilməsinə imkan vermir.  Xatırladaq ki, ümumilikdə lombardların fəaliyyəti ilə bağlı 1998-ci ildə Nazirlər Kabineti tərəfindən “Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) …

Read More »

Kolumbiyada fövqəladə vəziyyət elan edilib

Kolumbiya hökuməti sarı qızdırma xəstəliyinin yayılması ilə əlaqədar səhiyyə sahəsində fövqəladə vəziyyət rejimi elan edib. Boyukmillet.com xəbər verir ki, bunu səhiyyə naziri Gilyermo Alfonso “Senal Colombia” telekanalının efirində bildirib. “Hökumət ölkədə səhiyyə sahəsində fövqəladə vəziyyət elan edir”, – nazir bildirib. O qeyd edib ki, Kolumbiyada 74 yoluxma halı qeydə alınıb, onlardan 34-ü ölümlə nəticələnib.

Read More »