Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. …
Read More »Yearly Archives: 2025
Ölkəyə külli miqdarda siqareti qanunsuz gətirmək istədilər
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda – 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən realizə edilməsinin qarşısı alınıb. Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycana …
Read More »Sensasiya: İrəvan Bakıya məhsul satmağa hazırlaşır – Ermənistan Azərbaycana ixracı elan etdi
Ermənistanla Azərbaycan arasında ticarət münasibətlərində gözlənilməz canlanma ehtimalı ortaya çıxıb. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yaxın vaxtlarda Ermənistan məhsullarının Azərbaycan bazarına ixracının mümkün olduğunu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Papoyan bildirib ki, gələcəkdə təkcə Azərbaycandan Ermənistana idxal yox, eyni zamanda Ermənistandan Azərbaycana ixrac da baş verə bilər. Onun sözlərinə görə, bu variant hazırda real görünür və prosesin reallaşması üçün texniki …
Read More »Bu ölkənin vətəndaşları üçün viza tələbləri sərtləşdirildi
Böyük Britaniya Kinşasanın qeyri-qanuni miqrantların və məhkum olunmuş cinayətkarların geri qaytarılması məsələsində kifayət qədər əməkdaşlıq göstərməməsi fonunda Konqo Demokratik Respublikasının (KDR) vətəndaşları üçün vizaların alınması qaydasını sərtləşdirib. Boyukmillet.com -un “The Daily Telegraph” qəzetinə istinadən məlumatına görə, konqolu diplomatlar və siyasətçilər vizaların prioritet qaydada nəzərdən keçirilməsi imkanından, adi vətəndaşlar isə sürətləndirilmiş vizadan məhrum ediliblər. Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud …
Read More »Gürcüstan bu il Azərbaycandan aldığı təbii qazın dəyərini açıqlayıb
Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 202,3 milyon ABŞ dolları dəyərində təbii qaz alıb. Boyukmillet.com-un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 % azdır. Təkcə noyabrda isə Gürcüstan Azərbaycandan 31 milyon ABŞ dolları dəyərində “mavi yanacaq” alıb. Bu, bir il əvvələ nisbətən 14 % azdır. Bu ilin ilk 11 ayı ərzində Gürcüstan xarici ölkələrdən 364 milyon ABŞ dolları dəyərində təbii …
Read More »Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA
Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb. Bu barədə Boyukmillet.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 27-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub: “Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə (Kişçay) 1 sm-dir. Düşən yağıntının miqdarı Gədəbəydə 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Lənkəran, Biləsuvar, …
Read More »Avropa Tramp-Zelenski görüşünü ümid və qorxu ilə gözləyir
Avropa ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında bazar günü planlaşdırılan görüşün sülh sazişinin yaxınlaşmasına kömək edəcəyinə ümid edir. Boyukmillet.com xəbər verir ki, məlumatı CNN anonim Avropa rəsmilərinə istinadən yayıb. Telekanal qeyd edir ki, “Avropalılar ABŞ və Ukrayna arasındakı münasibətlərin hazırkı dinamikasını məhsuldar adlandıraraq müsbət görüş gözləyirlər”. O qeyd edir ki, buna “ABŞ və Ukrayna danışıqları aparanların …
Read More »Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər – QİYMƏTLƏR
“Obyektlərin icarə qiymətlərinin formalaşmasında əsas rol oynayan faktorlar yerləşdiyi rayonların sosial-iqtisadi inkişaf səviyyəsi və infrastruktur imkanlarıdır. Bununla yanaşı, əhalinin sıxlığı və ərazinin biznes baxımından əhatə dairəsi də qiymətlərə ciddi təsir göstərir”. Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, obyektin mərkəzə və ya mərkəzə yaxın ərazidə yerləşməsi icarə haqqının yüksək olmasına səbəb olan …
Read More »Rusiya və Ukrayna bu silahları işə salacaq – ŞOK
Rusiya-Ukrayna savaşının yaxın müddətdə bitəcəyinə ümid azdır. Tərəflər 2026-cı ildə yeni silahlarla döyüşü davam etdirəcəklər. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Almaniyanın “Bild” qəzetində təhlil yazısı dərc olunub. Məlumata görə, Rusiya müxtəlif məsafələrdə mərhələli təzyiq strategiyasına üstünlük verir. Qısa məsafələrdə (20 km-dək) Rusiya ordusu optik liflə idarə olunan FPV-dronlardan – “Vandal” adlanan aparatlarından kütləvi şəkildə istifadə edir. Bu dronlar artıq hər gün …
Read More »Bakı metrosunda bayram günlərində iş saatı uzadılacaq
“Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik edəcək. Boyukmillet.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Bildirilib ki, paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər və Bakı Metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyalar gücləndirilmiş iş rejimində çalışacaq. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bütün stansiyalar saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Həmçinin, bayram günlərində metropolitendə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar