Bazar , 5 Aprel 2026

Yearly Archives: 2025

Bakıda polis siqaret çəkənlərlə bağlı elan olunmamış reydə başlayıb

“İki gündür ki, küçə və parklarda vətəndaşlara kütləvi cərimələr yazılır” Bakıda polis küçə və parklarda siqaret çəkənlərə qarşı elan olunmamış reydə başlayıb.  Paytaxtın Səbail, Yasamal, Nəsimi, Xətai və Nizami rayonlarında küçə və parklarda siqaret çəkənlər kütləvi cərimələnib.  Bir neçə sakin Meydan TV-yə deyib ki, onlar 30, 40 və 50 manat civarında cərimələniblər.  Onlar siqaretlə bağlı cərimələrin bir neçə aydır ki, …

Read More »

Azərbaycan cüdoçuları Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazanıblar

Azərbaycan təmsilçiləri Belçika açıq cüdo turnirinin ilk günündə dörd medal qazanıblar. Azərbaycan Cüdo Federasiyasının Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, idmançılar Vise şəhərindəki beynəlxalq yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc mükafat əldə ediblər. Murad Muradlı (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadir Hüseynov gümüş, İbrahin Əliyev (hər ikisi 73 kq) isə bürünc medala …

Read More »

Tramp: Kanada tamamilə ABŞ-dən asılıdır və suveren dövlət ola bilməz

Kanada tamamilə ABŞ-dən asılıdır və buna görə də suveren dövlət ola bilməz. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat xidmətinin jurnalistləri ilə söhbətində bildirib. Onun sözlərinə görə, ABŞ hər il Kanadada 250 milyard dollar itirir. “Mən bunu bir gündə dayandıra bilərdim və Kanada (müstəqil – red) ölkə kimi mövcud olmazdı”, – Tramp deyib. Tramp iddia …

Read More »

HƏMAS atəşkəs razılaşmasının pozulmasına görə İsraili suçlayıb

Fələstinin HƏMAS hərəkatı fələstinlilərin anklavın şimalına qayıtmasına hələ də icazə verilmədiyi bir vaxtda Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində mümkün pozuntulara görə məsuliyyəti İsrail iqtidarının üzərinə qoyub. Boyukmillet.com xəbər verir ki, müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc edilib. “Düşmən razılaşmanın bəzi bəndlərinin həyata keçirilməsində ləngiyir – xüsusilə də Ər-Rəşid oxu boyunca (Qəzzanın cənub-qərbində dəniz sahili boyunca uzanır – red.) məcburi …

Read More »

ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır

ABŞ ərazisinə qanunsuz daxil olan miqrantlar hərbi təyyarələrlə ölkədən hər gün deportasiya ediləcək. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp tərəfindən sərhəd təhlükəsizliyi və qanunsuz miqrantların deportasiyası üzrə məsul şəxs təyin edilmiş Tomas Homan ABC telekanalına müsahibəsində bildirib. Homan qeyd edib ki, bu uçuşlar miqrantların deportasiyası üzrə daha geniş planın yalnız bir hissəsidir. O həmçinin qanunsuz miqrantlara problemin …

Read More »

İsrail Qəzza razılaşması üzrə 200 fələstinlinin azad edilməsini təsdiqləyib

İsrail Həbsxana Xidməti Qəzza zolağında saxlanılan dörd israilli girovun səhər saatlarında yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbusun azad edildiyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb. Ofer həbsxanasından azad edilən bütün məhbuslar İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə göndərilib. Ketsiot həbsxanasından olan məhbuslar İsrailin Qəzza zolağı ilə sərhədində, Misir sərhəd-keçid …

Read More »

Rəsmi Bakıdan İrana etiraz

Səfirliyin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir. “Görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib”, – deyə açıqlamada qeyd edilir. Açıqlamada uzun fasilədən sonra Tehranda …

Read More »

Bakıda ABŞ səfirliyinə girməyə cəhd edən şəxs həbs edilib

Həbs olunan şəxs: “İstəyirdim, səfir mənə Amerikaya getməyə kömək eləsin” Lənkəran sakini H.Kazımov artıq ikinci dəfədir ki, Amerikanın Bakıdakı səfirliyinə daxil olmağa cəhd edərkən saxlanılır.  Birinci dəfə bu hadisə noyabrda baş verib, ikinci dəfə isə bu günlərdə həbs edilib.  45 yaşlı şəxs buna görə yanvarın 18-də səfirliyin qarşısında saxlanılaraq, Nəsimi rayonu, 21-ci Polis Bölməsinə, oradan da məhkəməyə gətirilib.  Onun haqqında …

Read More »

Rayonlara yağış və qar yağacaq – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında yanvarın 26-dan 27-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Yağıntının əsasən şərq rayonlarında (Lənkəran-Astara, Mərkəzi Aran) intensivləşəcəyi ehtimal olunur.

Read More »

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, etiraz bildirilib

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib. Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında …

Read More »