O, 107 gündür Gürcüstan hökumətinin ekstradisiya qərarına etiraz olaraq aclıq edir Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlı jurnalist, Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından şikayətə baxacaq. Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib. Onun sözlərinə görə, Əfqan Sadıqov 107 gündür Gürcüstan hökumətinin ekstradisiya qərarına …
Read More »Yearly Archives: 2025
Yetim çeçen uşağları
Sabir Rüstəmxanlı Qroznıya uçan təyyarəmiz vurulandan və onlarla insanın həyatına son qoyan qəza baş verəndən sonra Birinci və İkinci Çeçenstan savaşı günlərində Azərbaycanın çeçenlərə necə dayaq durduğunu xatırladım. Bir milyona yaxın evsiz-eşiksiz, ac-yalavac qaçqın və köçkünümüz ola-ola öz yurdlarını tərk etmiş çeçenlərə də qucaq açmışdıq. Ən maraqlısı budur ki, bizdə prezidentlər, baş nazirlər dəyişilsə də çeçenlərə münasbət dəyişilmədi. Bakıya üz …
Read More »“AZAL”ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat yanvarın sonunda açıqlanacaq
Qazaxıstanda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq. Bu barədə “Report”un Qazaxıstan bürosuna Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya …
Read More »Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin xilas edilməsində iştirakına görə bu ölkənin Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Manqistau Vilayəti Administrasiyasının rəhbəri Nurdaulet Kilıbay Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfərə orden və medalları təqdim …
Read More »Rusiya Ukraynanın sərhədyanı şəhərini atəşə tutub, yaralılar var
Rusiya Silahlı Qüvvələri Ukraynanın Çernihiv vilayətinin Semenivka şəhərinin yaşayış massivini atəşə tutması nəticəsində yeddi nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bunu regionun vilayət dövlət administrasiyasının sədri Vyaçeslav Çaus teleqramda bildirib. “Yanvarın 4-ü axşamı rusiyalılar sərhədyanı Semenivka şəhərinə 4 İAB (idarəolunan aviasiya bombası – red.) atıblar. Mərkəzi hissəni, yaşayış massivini nişan almışdılar. Saat 23:00-a (Bakı vaxtı ilə 00:00 – red.) olan vəziyyətə görə, …
Read More »KİV: Türkiyə Tramp hakimiyyəti dövründə Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilər
Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gələndən sonra Rusiya ilə Ukrayna arasındakı danışıqlarda vasitəçi ola bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziyasının saytında dərc olunan “Rusiyadan sülh əli, Ankara ilə ortaq strategiya quracaq” sərlövhəli məqalədə yazılıb. Qeyd olunur ki, “pərdəarxası” məlumatlara görə, Rusiya belə bir vasitəçiliyi planlaşdırır: “Mütəxəssislərin fikrincə, Moskva Ermənistan və Mərkəzi Asiyada təsir …
Read More »Ermənistan Baş Qərargah rəisinin keçmiş birinci müavini həbs edilib
İrəvan məhkəməsi Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryanın həbsi barədə qərar çıxarıb. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili Varazdat Arutyunyan bildirib. Daha əvvəl Baş Qərargah rəisinin keçmiş müavini barəsində 44 günlük müharibə zamanı yol verdiyi qanun pozuntularına görə cinayət işi açılıb. General ittihamları qəbul etməyib. Məhkəmə xidməti səhlənkarlıq ittihamı …
Read More »Qazaxıstanda təyyarə qəzası ilə bağlı araşdırmanın hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək
2024-cü il dekabrın 25-də Qazaxıstanda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək. Bu barədə “TASS”a Qazaxıstanın Nəqliyyat Nazirliyindən məlumat verilib.“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer E190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf nazirinin müvafiq əmrinə …
Read More »Tbilisidə etiraz aksiyalarında iştirak edən 25 əcnəbi vətəndaş ölkədən deportasiya edilib
Bu barədə Gürcüstan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.Məlumata görə, əcnəbi vətəndaşların bir qismi Gürcüstandan könüllü, bəziləri isə məcburi çıxarılıb. Həmin şəxslərin vətəndaşlığı dəqiqləşdirilməyib. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə Gürcüstandan 430 əcnəbi vətəndaş deportasiya edilib. 2024-cü il noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, ölkə 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq …
Read More »İraqın şimalında PKK-nın 10 terrorçusu öldürülüb
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı keçirdiyi növbəti əməliyyat nəticəsində 10 terrorçu öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Pəncə-Kilid” əməliyyatı bölgəsində və Şimali İraqın Hakurk və Qara bölgələrində aşkar olunan PKK-nın 10 terrorçusu zərərsizləşdirilib”, – məlumatda bildirilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar