Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2025

AZAL-ın ikinci yeni “Airbus A320neo” təyyarəsi Bakıya gətirilib

“Azərbaycan Hava Yolları” (AZAL) donanmanın genişmiqyaslı yenilənməsi və dayanıqlı inkişaf proqramı çərçivəsində cari ildə ikinci yeni “Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib. Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, donanmanın genişlənməsi AZAL-ın regional və qlobal aviasiya bazarındakı mövqelərini möhkəmləndirir, sərnişinlərə isə səyahət planlaşdırarkən daha çox rahatlıq və seçim imkanı yaradır. “Airbus A320neo” sərnişin rahatlığına yönəlmiş müasir interyer, əl yükü üçün …

Read More »

Pensiya ilə bağlı əhaliyə VACİB XƏBƏR: QAYDALAR DƏYİŞİR

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilib. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Ümumiyyətlə Azərbaycanda pensiyalarla bağlı qaydalara daha hansı zəruri dəyişikliklər edilməlidir? Mövzuyla bağlı Sosioloq Elçin Bayramlı REFERANS-ın suallarını cavablandırıb. Sosioloq bildirib ki, bunlar əsasən texniki dəyişikliklərdir və burdakı problemlər pensiyanın fundamental əsaslarındadır. Pensiya sistemində olan problemlərdən biri …

Read More »

Yeddi israilli girov Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib

İsrail Müdafiə Ordusu Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) ona 7 israilli girovun təhvil verildiyinə dair məlumat alıb. Bu barədə Boyukmillet.com “Times of Israel”ə istinadən xəbər verir. Qətərin “Al-Araby” kanalı bildirib ki, hazırda HƏMAS-ın hərbi qanadı Qəzza şəhərində israilli girovları Qızıl Xaç Komitəsinə təhvil verir. HƏMAS mübadilə prosesinin çəkilişini qadağan edib.

Read More »

Misirdə beynəlxalq sammitdə iştirak edəcək ölkə liderlərinin adları açıqlanıb

Misirdə, Şarm əl-Şeyxdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Misirin rəsmi xəbər agentliyi MENA məlumat yayıb. Məlumata görə, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Misir Prezidenti Abdel Fattah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn, Qətər Əmiri Şeyx …

Read More »

Tramp: Putin Ukrayna ilə münaqişəni həll etməsə bu, onun üçün pis olacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putin Ukrayna ilə münaqişəni həll etməsə, bu onun üçün pis başa çatacaq Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Ağ Ev rəhbəri hesab edir ki, Rusiya Prezidenti gərgin vəziyyəti həll edə bilsəydi, əla görünərdi. “Düşünürəm ki, o, bunu həll edəcək. Ancaq hər halda biz hərəkət edəcəyik. Əgər həll etmsə, bu onun üçün …

Read More »

Tramp Əfqanıstan – Pakistan toqquşmalarına münasibət bildirib

ABŞ Prezidenti Donald Tramp Əfqanıstan və Pakistan arasında toqquşmalar barədə eşitdiyini bildirib. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, Tramp “gözləməyin lazım olacağını” deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, o, hazırda başqa münaqişənin həlli üzərində işləyir. “Mən sülh əldə etməyi yaxşı bacarıram”, – ABŞ lideri vurğulayıb. Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları dövlət sərhədi boyunca Pakistan mövqelərinə hücum ediblər. …

Read More »

ABŞ-də təyyarə qəzaya uğrayıb

ABŞ-nin Texas ştatının Fort-Uert şəhərindəki Hiks hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə yerli “Fox 4” telekanalı xəbər yayıb. Məlumata görə, qəza yerində bir neçə yük maşını yanıb. Qəzanın səbəbləri və mümkün tələfatla bağlı hələ heç bir məlumat yoxdur.

Read More »

Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Read More »

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Boyukmillet.com-un məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb. “Köhlən atlar” ötən ay 38 pillə irəliləmişdi. “Sabah” (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib. “Araz-Naxçıvan” (66.5) 355-dən 391-ə, “Zirə” (65.5) isə 380-dən 407-yə düşüb. Qeyd edək ki, 501 …

Read More »

Kats girovların qaytarılmasından sonra HƏMAS-a aid tunellərin məhv ediləcəyini açıqlayıb

İsrailin əsas vəzifəsi HƏMAS tərəfindən Qəzzada girov saxlanılan şəxslərin geri qaytarılmasından sonra radikalların anklavdakı tunellərinin məhv edilməsi olacaq. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrailin müdafiə naziri İsrael Kats “X” sosial şəbəkə hesabında yazıb. “İsrailin girovların geri qaytarılmasından sonrakı əsas vəzifəsi Qəzza sektorundakı HƏMAS-ın bütün tunellərinin məhv edilməsi olacaq – həm İsrail Müdafiə Ordusunun birbaşa qüvvələri ilə, həm də ABŞ-nin rəhbərliyi …

Read More »