Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

22 ölkədən Çinə uyğurlarla bağlı ÇAĞIRIŞ – Aralarında nə müsəlman, nə də türk ölkəsi var

Qərb ölkələrinin üstünlük təşkil etdiyi onlarla ölkə, Çin hökumətinə məktubla müraciət edərək Şərqi Türküstandakı düşərgələrdə saxlanılan uyğur türklərinin dərhal azadlığa buraxılmasını tələb ediblər.

boyukmillet.com “euronews”ə istinadla xəbər verir ki, BMT İnsan Haqları Komitəsində yazılan məktub bu sahədə atılan ilk belə addımdır.

Qərb diplomatları, Avstraliya, Yeni Zelandiya, Kanada, Yaponiya, İngiltərə, Fransa, Almaniya, İsveç, Latviya, Litva, Estoniya, Danimarka, Norveç, Şimali İrlandiya, Hollandiya, İslandiya, Lüksemburq, İspaniya, Avstriya, İrlandiya, Belçika və İsveçrənin içində olduğu ümumilikdə 22 ölkənin səfiri tərəfindən imzalanmış 8 iyul tarixli məktubda Şərqi Türküstanla bağlı kəskin mövqe sərgilədiklərini bildiriblər.

Məktubu analiz edən avropalı səfirlərdən biri onu rəsmi sənəd kimi qiymətləndirib: “Bu rəsmi addımdır, çünki məktub BMT İnsan Haqları Komitəsinin rəsmi sənədi kimi bəyan ediləcək”.
Məktubda ucsuz-bucaqsız toplanma düşərgələrindəki qanunsuz həbslər və digər azlıqlarla yanaşı uyğurların təzyiqlərə məruz qalması ilə bağlı narahatlıq dilə gətirilib.

22 ölkənin adından yazılan məktub isə belədir:
“Çin hökumətini qanunlara tabe olmağa, beynəlxalq öhdəliklərini yerinə yetirməyə, Sincanda və Çində dini tolerantlıq da daxil olmaqla insan haqlarına və ibtidai azadlıqlara hörmət etməyə çağırırıq.
Çin hökumətini Sincanda (Şərqi Türkistan) uyğur türklərini və müsəlman dininə mənsub digər azlıqları səbəbsiz yerə həbs edilməsi və bir yerdən başqa yerə getmə azadlıqlarını əllərindən alınması hallarını dayandırmağa dəvət edirik”.

Sözügedən ölkələr rəsmi Pekindən, beynəlxalq və azad mütəxəssislərdən ibarət heyətə Şərqi Türkistana “sərbəst giriş” hüququnun verilməsini də tələb ediblər. Çünki başda ABŞ olmaqla qərb ölkələri, Çinin verdiyi giriş icazəsinin “təbliğat və göz boyama” məqsədi daşıyan “teatr”dan ibarət olduğunu bildirirlər.

Sözügedən məktubu imzalayan ölkələr arasında heç bir türk və müsəlman dövlətinin olmaması isə diqqətlərdən yayınmayıb.

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin hökuməti Şərqi Türküstanda inşa etdirdiyi 200-dən çox toplanma düşərgələrində təxminən 3 milyon uyğur türkünü və digər müsəlman azlıqları zorla saxlayır.
Uyğur diasporası isə həmin ərazidə uyğurlara qarşı assimiliyasiya və soyqrım törədildiyini iddia edir.

Başda ABŞ, AB, Beynəlxalq Əfv Təşkilatı və İnsan Hüquqlarının Müdafiəsi Təşkilatı olmaqla bir çox beynəlxalq təşkilat Çin hökumətindən həmin düşərgələrdəki uyğurları dərhal buraxmasını tələb etsə də, Çin Kommunist Partiyası həmin düşərgələrin peşə tədris mərkəzləri olduğunu iddia edir.

Buna baxmayaraq həmin düşərgələrə aparılanların əksəriyyətindən bir daha xəbər almaq mümkün olmur.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …