Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bərdədə qadağan olunan raketlərlə dağıdılan evlər yenidən tikilir

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsindəerməni terroru ilə üzləşən və dağıntıya məruz qalan ərazilərdən biri də Bərdə rayonudur.

Boyukmillet.com xəbər verir ki, artıq mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına start verilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində Bərdə düşmən tərəfindən artilleriya və ballistik raket atəşinə tutulub, burada insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.

Ermənilər əsasən dinc sakinlərin olduğu yaşayış məntəqələrinə istifadəsi qadağan olunan raketlərlə zərbələr endiriblər. Bunlardan biri də “TOÇKA U” tipli raket olub.

Həmin raket Bərdə rayonu Zümürxan kənd sakini Xalid Əliyevin həyətinə düşüb. Ev sahibi “Report”a bildirib ki, həyətinə raketin düşdüyü zaman evdə olmayıblar: “Bu səbəbdən ev sakinlərindən kimsə xəsarət almayıb. Partlayışın təsirindən yaşayış evinə və ətrafda olan yardımçı tikililərə ciddi ziyan dəyib. Hazırda evin həyətində yeni, müasir tipli evin təməli qoyulur”.

Xatırladaq ki, dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilmiş, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə işlərə Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində paralel olaraq başlanılıb.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …