Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

5 yanvar İsmayıl Xan Naxçıvanskinin doğulduğu günüdür

Boyukmillet.com xəbər verir ki, 5 yanvar (05.01.1819, Naxçıvan – 1909, Naxçıvan) hərbi xadim, general-leytenant, sonuncu Naxçıvan xanı Ehsan Xan Kəngərlinin oğlu, Kəlbəli Xan Naxçıvanskinin qardaşı İsmayıl Xan Naxçıvanskinin doğulduğu gündür.

İsmayıl Xan Naxçıvanski 1839-cu ildə Tiflis hərbi gimnaziyasını bitirib, bir il sonra poruçik rütbəsi alıb. Uzun müddət Qafqaz Əlahiddə Ordusunda xidmət edən Naxçıvanski ştabs-kapitan, alay komandiri kimi polkovnik, süvari qoşunu general-mayoru və daha sonra general-leytenant rütbəsinə qədər yüksəlib.

Ordudan Ordudan tam süvari qoşunu generalı rütbəsi ilə tərxis olunan Naxçıvanski vətənində abadlıq işləri ilə məşğul olub, Naxçıvana su çəkdirib, kəhrizlər qazdırıb və tarixi abidə kimi bugünədək qorunan künbəzli hamam tikdirib.  Həmin tikili İsmayıl xan hamamı adı ilə Naxçıvan şəhərində məşhurdur və  dövlət tərəfindən tarixi-memarlıq abidəsi kimi qorunur.

İsmayıl xan Xurşud Banu Natəvanın qızı Xanbikə xanımı oğlu Əman xana alıb, Qarabağ xanlığı ilə qohum olub.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …