Çərşənbə axşamı , 4 Mart 2025
Drone Cameras

709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq

ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib.

Bu barədə “Report” “Fox News”ə təqdim edilmiş ICE sənədinə istinadən xəbər verir.

Məlumata görə, siyahıya ABŞ-də olan 1,4 milyon qeyri-qanuni mmiqrant daxildir. Ədliyyə Nazirliyinin miqrasiya məhkəməsi tərəfindən onların deportasiyası barədə qərar qəbul edilib. Lakin onlar hələ də ABŞ-dədirlər və həbsdə deyillər.

Bu siyahıda qanunsuz miqrantların ən çox sayı Honduras (261.651), Qvatemala (253.413), Meksika (252.044), Salvador (203.822) və digər əsasən Latın Amerikası ölkələrindən olan şəxslərdir.

Siyahıya, həmçinin keçmiş SSRİ (337 nəfər) və keçmiş Yuqoslaviya (845 nəfər) pasportlarına malik şəxslər də daxildir.

Deportasiya əmri almış 1,4 milyondan çox qeyri-qanuni miqrantın əksəriyyəti asanlıqla deportasiya edilməsi mümkün olan “şimal üçbucağı” adlandırılan ölkələrdən və Meksikadandır.

Ekspertlərin fikrincə, Donald Tramp administrasiyasının cinayətkarlar və ictimai təhlükəsizliyə təhdid yaradan şəxslərlə bağlı kütləvi deportasiyası güman ki, buradan başlayacaq.

Miqrasiya Xidməti hətta qəti deportasiya qərarı olsa belə, nəzarət altında olan, lakin həbsdə olmayan şəxslərin dərhal deportasiyasına mane olan çoxsaylı amillərin mövcudluğunu etiraf edir.

Check Also

KİV: ABŞ Tramp-Zelenski görüşündən sonra Ukraynaya silah tədarükünü dayandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya yeni silah tədarükünü maliyyələşdirməyi dayandırıb və Amerika ehtiyatlarından silah …