Şənbə , 21 Noyabr 2026
Drone Cameras

76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar bu gedişhaqqı ilə İŞLƏYƏCƏK

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

AYNA-dan verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun “Neftçilər” stansiyası ilə əlaqələndirən 76 nömrəli və “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.

Bildirilib ki, avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

Check Also

Özəl tibb müəssisələri üçün icbari tibbi sığorta müraciətləri elektron qaydada qəbul olunacaq

Yaxın günlərdə özəl tibb müəssisələrində vətəndaşlara icbari tibbi sığorta hesabına xidmət göstərilməsi istiqamətində müraciətlər artıq …