Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Səfirlik əməkdaşları Türkiyədə müalicə alan müharibə iştirakçılarını, hərbçiləri ziyarət edib

Azərbaycanın Türkiyədəki səfirliyi və səfirlik nəzdində Hərbi Attaşelik Aparatının əməkdaşları İkitərəfli razılaşmalara əsasən Türkiyədə müalicə alan müharibə iştirakçılarını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını və onların ailə üzvlərini Novruz bayramı münasibətilə ziyarət edib.

Görüş zamanı səfirlik əməkdaşları vətəndaşlarımızın müalicələrinin gedişi və qayğıları ilə maraqlanaraq, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıblar. Ziyarət zamanı müalicə mərkəzlərinin rəhbər və tibb heyəti ilə də görüşülüb, vətəndaşlarımızın vəziyyətinə dair fikir mübadiləsi keçirilib.
Ziyarətin sonunda vətəndaşlarımıza Novruz sovqatları verilib.

Xatırladaq ki, iki dövlət arasında imzalanan protokola uyğun olaraq, illik əsasda müayinə və müalicə olmaq üçün Türkiyəyə göndərilmiş Azərbaycan vətəndaşlarının müalicə mərkəzlərinə yerləşdirilməsi, onların üzləşdikləri bütün növ çətinliklər və qayğıları daim səfirlik əməkdaşları tərəfindən diqqətdə saxlanılır və həlli istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …