Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Araşdırmaçı-yazar Dr.Dərya Akdəmir deputatlığa namized oldu

Türk dünyasının və Azərbaycanın yaxından tanıdığı araştırmacı – yazar qardaş ölkədə 14 mayda keçiriləcək parlament seçkilərində millət vəkilliyinə namizəd olacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Anka Türk Birliyi başqanı, araşdırmaçı yazar Dr.Dərya Akdəmir özü redaksiyamıza məlumat verib. Araşdırmaçı – yazar deputatlığa namizəd olmasını belə əsaslandırıb: “Türk dünyası ilə bağlı ölkələrimizin gəldiyi nöqtənin daha da inkişaf etdirilməsinə illərdir bu sahədə əldə etdiyimiz bilik, bacarıq və təcrübələrimizlə dəstək vermək, eyni zamanda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Türk qadınına verdiyi dəyərin əbədi olaraq var olması üçün səy göstərmek, qadınlarımızın haqq səsi olmaq məqsədi ilə İstanbul üçüncü bölgədən namizədliyimi bu gün qeydiyyata aldırdım.

Bundan sonraki fəaliyyətimdə əvvəl Türk dünyası naminə necə səylə çalışırdımsa, bunun bir neçə qatı səylə Vətənim, millətim, dövlətim üçün bütün əngəlləri aşacaq, sabaha imamla baxacağam. Həyatda idealım olan Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın timsalında bütün güclü xanımların siyasi həyatını örnək alacaq, təmiz siyasət, dik duruşla xalqımın xidmətcisi olacağam”.

Dr.Dərya Akdəmir seçiləcəyi təqdirdə Türkiyə – -Azərbaycan münasibətlərinin inkişafına daha ciddi töhfələr verəcəyini sözlərinə əlavə edib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …