Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan millisi Albaniya yığmasına məğlub olub

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Boyukmillet.com AFFA-nın saytına istinadla xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Millimizin heyətində 46-cı dəqiqədə Camal Cəfərov fərqlənib. U-21 növbəti yoldaşlıq oyununu martın 26-da Sloveniya yığmasına qarşı keçirəcək.

Check Also

Messi Argentina millisində karyerasını bitirdi

Lionel Messi Argentina millisindən ayrılıb. O bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib …