Şənbə , 23 Noyabr 2024
Drone Cameras

BMT Baş katibinin müavini Azərbaycan nümayəndə heyəti ilə görüşüb

BMT-nin mənzil-qərargahında keçirilən Su konfransında iştirak edən Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüşdə L. Junhuana Azərbaycanda su ehtiyatlarının səmərəli istifadəsi istiqamətində görülən işlər, transsərhəd çayların idarə edilməsində beynəlxalq əməkdaşlığın vacibliyi, Oxçuçayın Ermənistan tərəfindən sənaye tullantıları ilə çirkləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Ermənistan tərəfindən mina xəritələrinin verilməməsinin bərpa və quruculuq işlərinə təsiri ilə bağlı məlumatlar verilib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran müxtəlif mövzular barəsində müzakirələr aparılıb.

Nazir Li Junhuanı bu ilin noyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılan Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumuna dəvət edib. O da, öz növbəsində, dəvəti yüksək qiymətləndirib, Azərbaycanın BMT-yə veridiyi töhfələrindən məmnunluğunu dilə gətirib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …