Bazar ertəsi , 30 Sentyabr 2024
Drone Cameras

Fransa Rusiyanı Belarusda nüvə silahının yerləşdirilməsindən imtina etməyə çağırıb

Fransa Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatını pisləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Xarici siyasət idarəsi qeyd edib ki, Rusiyanın START müqaviləsini pozmasından və Rusiyanın bu müqavilədə iştirakını dayandırmasından sonra Belarusla saziş özündə “Avropada silahlara nəzarət və strateji sabitliyin beynəlxalq arxitekturasının daha da aşınmasını” ehtiva edir.

“Fransa Rusiyanı nüvə silahına malik olan dövlətdən gözlənilən məsuliyyəti göstərməyə və bu sabitliyi pozan sazişdən (Belarusla nüvə silahının yerləşdirilməsi ilə haqqında – red.) çıxmağa çağırır”, – bəyanatda bildirilib.

Check Also

Borrell Aİ xarici işlər nazirlərinin təcili iclasını çağırıb

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Livandakı vəziyyətlə …