Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsi çərçivəsində Fərdi İnkişaf Planı təliminə başlanılıb

İnkişaf məqsəddən başlayır. Məqsədə çatmaq üçün prosesləri müəyyənləşdirərək plan əsasında mərhələlərlə addımlamaq zəruridir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin tərəfindən icra olunan “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsi çərçivəsində Fərdi İnkişaf Planı təlimi də yer alıb. Təlim Neftçala rayonunun Xıllı qəsəbəsində təşkil olunub. Təlimdə iştirak üçün qəsəbə və ətraf kənddə yaşayan işaxtaranlar və sahibkar olmaq məqsədi daşıyan yeniyetmə qızlar və gənc evdar qadınlar müraciət edib. 

Fərdi İnkişaf Planının hazırlanması  özünüinkişaf istəqamətləri üzrə biliklərin məcmusudur.  Karyeraplanlaşdırma, işaxtarma, CV yazma bilikləri, səmərəli təqdimat qaydaları və üsulları,  ünsiyyət bacarıqlarının əhəmiyyəti və təkmilləşdirilməsi, təqdimatın hazırlığı, strukturu və xüsusiyyətlərinin təsvir edilməsi barədə məlumatlar iştirakçılar üçün yeni olsa da ətraflı izahat mövzuların mənimsənilməsini asanlaşdırır. Qrup işləri zamanı əldə olunmuş biliklərin müzakirəsi və təqdimatı şəbəkələşmə vərdişlərini  aşılayır. 
 

 “İş və karyera haqqında”, “Əsas Həyat Bacarıqları”, “Fərdi inkişaf planının hazırlanması”, “Ünsiyyət”, “İş yerində öyrənmə”, “Peşəkar etika və davranış normaları” haqqında biliklər öyrədilməsi davam edir.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …