Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Səfir: Türkiyə vətəndaşları prezident seçkilərində Bakı, Naxçıvan və Gəncədə səs verə bilərlər

Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdikləri dəstəyə görə başda Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına sonsuz təşəkkürlərimizi bildiririk.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar jurnalistlərə açıqlamasında söyləyib.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının seçkilərdə fəal iştirakının təmin edilməsi istiqamətində işlərin aparıldığını söyləyən səfir bildirib: “Azərbaycanda yaşayan vətəndaşlarımız aprelin 2-dək Bakı, Naxçıvan və Gəncədəki konsulluqlarımızda səs verə bilərlər. Konsulluqlar aprelin 1-də və 2-də açıq olacaq”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …