Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Beynəlxalq Türk Akademiyasının prezidenti Qırğızıstanın təhsil və elm naziri ilə görüşüb

Beynəlxalq Türk Akademiyası (BTA) Elmi Komitəsinin VI iclasında iştirak üçün Qırğızıstanın paytaxtı Bişkekdə rəsmi səfərdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev təhsil və elm naziri Kanibek İmanaliyev ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüş çərçivəsində Elmi Komitənin Bişkekdə keçiriləcək iclasının gündəliyi, Türk dünyasında elmi əməkdaşlığın inkişafında Akademiyanın rolu, Qırğızıstanda həyata keçiriləcək layihələr və planlar müzakirə edilib.

Akademik Şahin Mustafayevin Beynəlxalq Türk Akademiyasının rəhbəri vəzifəsinə təyin edildikdən sonra Qırğızıstana ilk səfəri olduğunu qeyd edən Kanibek İmanaliyev tanışlıq səfərinin səmərəli olacağına əminliyini ifadə edib.

Check Also

Cəbhədə gərgin saatlar: Rusiya ordusu üç istiqamətdə irəliləyiş əldə edib

Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən “DeepState” monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran …