Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli Kocaelidə Xocalı soyqırımı parkının salınmasına razılıq aldı – FOTO

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Türkiyənin Kocaeli şəhərində həyata keçirdiyi layihə başa çatıb.

Oktyabr ayının 15-19 tarixlərində İSBAM nümayəndə heyəti Türkiyədə məhsuldar görüşlər və bir neçə tədbir keçirməyə müvəffəq olub. Səfər proqramında İSBAM nümayəndə heyətini 4 nəfər təmsil edib. Tərkibdə qurum rəhbəri Samir Adıgözəlli, İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı, bu yazının müəllifi və digər jurnalist Sima Babayeva olub. Səfərin ilik günündə nümayəndə heyəti İzmit şəhərində Türkiyə Azərbaycanlılar Dərnəkləri Federasionunda olub. Dərnəyin rəhbəri Bilal Dündar bölgədə Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi istiqamətində görülən işlərlə bağlı qonaqlara geniş məlumat verib. Qurumun ofisində bölgədə təhsil alan Azərbaycan əsilli fəal tələbələrlə də fikir mübadiləsi aparılıb. Elə həmin gün İSBAM nümayəndə heyətini Kocaeli əmniyyət müdiri Veysəl Tipioğlu tərəfinfən qəbul edilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda İSBAM sədri Samir Adıgözəlli və Veysəl Tipioğlu bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Səfər proqramının növbəti günündə İSBAM QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə  hazırlanan “Nəsimi-650” layihəsinin təqdimatını keçirib. İzmit Sivil Toplum Mərkəzində Türkiyə Azərbaycan Dərnəkləri Fedarasionunu və Kocaeli Heydər Əliyev Kültür Evi ilə birgə keçirilən tədbirdə dahi Azərbaycan şairi anılıb, onu keçdiyi həyat yolu yaradıcılığından ətraflı bəhs olunub. Tədbiri giriş sözü ilə açan İSBAM rəhbəri Samir Adıgözəlli keçirilən layihənin mahiyyəti barədə ətraflı məlumat verib. Sonra İSBAM-ın Nəsimi haqda hazırladığı qisametrajlı film nümayiş olunub. Mən dahi şairin həyat və yaradıcılığı barədə ətraflı məruzə ilə çıxış etdim. Tədbirdə iştirak edən Türkiyənin müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələr: Akif Kətənov, Şəfa Hacıyeva (Çakır), Jalə Əlizadə və Türkiyədə yaşayan, ixtisasca ədəbiyyat müəllimi olan soydaşımız Aynur Məmmədova Nəsimin yaradıcılığından şeirlər səsləndiriblər. Tədbirin sonunda İSBAM adından iştirakçılara Nəsimini və Azərbaycanın simvollarını tərənnüm edən hədiyyələr verilib. Elə həmin tədbirdə TADEF rəhbəri Bilal Dündar Samir Adıgözəlli və mənə iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində göstərilən fəaliyyətə görə  qurumun adından xüsusi mükafat təqdim edib.

Səfər proqramının 3-cü günü Azərbaycanda Müstəqillik Aktının imzalandığı günə – 18 oktyabra təsadüf edib. Həmin gün də İSBAM nümayəndə heyəti məhsuldar görüşlər keçirib. Kocaeli Böyükşəhər Bələdiyyəsində nümayəndə heyətini başqan vəkili Yaşar Çakmaq qəbul edib. Görüşdə gələcəkdə Kocaelidə Xocalı soyqırımını əks etdirən bir parkın salınması ilə bağlı ilkin razılıq əldə olunub. Sonra Kocaeli Universitetində həmin təhsil ocağının rəhbərliyi ilə görüş olub. Görüşdə universitetdə təhsil alan tələbələrin ümumi vəziyyəti ilə maraqlanılıb, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi edilib. Ardınca İSBAM nümayəndələri Kocaeli valisi Hüseyn Aksoy tərəfindən qəbul olunub. Valiyə İSBAM-ın fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Tərəflər iki ölkənin birliyinin zəruri olduğuna dair ortaq fikirlər səsləndiriblər. Nümayəndə heyəti İzmit Bələdiyyəsi tərəfindən ərsəyə gətirilən Xocalı abidəsini ziyarət edib, şəhidlərin ruhunu xüsusi ehtiramla anıb. Günün sonunda Kocaeli Heydər Əliyev Kültür Evində müstəqilliyimizin 28-ci ildönümü ilə bağlı Türkiyədə təhsil alan tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. İSBAM rəhbərliyi tərəfindən azərbaycanlı tələbələrə xatirə hədiyyələri təqdim olunub. Səfərin son günündə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) ilə Türkiyə Azərbaycan Dərnəkləri Fedarasionu (TADEF) arasında əməkdaşlıq protokolu imzalanıb. Hər iki qurumun rəhbəri – Samir Adıgözəlli və Bilal Dündar tərəfindən imzalanan protokolda qeyd olunub ki, bundan sonra sözügedən qurumlar bir-birilə sıx əməkdaşlıq şəraitində çalışacaq və hər iki ölkədə keçiriləcək tədbirlərdə bir-birinə qarşılıqlı dəstək verəcəklər. Elə həmin gün Samir Adıgözəlli Kocaeli televiziyasının canlı yayımlanan proqramlarından birinin qonağı olub. Bununla da İSBAM-ın Türkiyə səfəri yekunlaşıb.

Məhəmmədəli QƏRİBLİ


Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …