Cümə , 27 Dekabr 2024
Drone Cameras

Hakim oğlunu öldürməkdə təqsirləndirilənin məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə ifadə verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elçin Həsənəliyev bildirib ki, ərazidən keçərkən qəzanın baş verdiyini görüb. O qeyd edib ki, xəsarət alan şəxslə bağlı təcili tibbi yardıma xəbər verib.

Sonra şahid qismində ifadə verən R.Kərimovun dostu Musa Mahmudov deyib ki, hadisədən sonra ərazidən gediblər. Prosesdə onun ibtidai istintaqa verdiyi ifadə elan edilib. İfadədə M.Mahmudov avtomobili R.Kərimovun yox, özünün idarə etdiyini deyib. Bu məsələyə aydınlıq gətirən M.Mahmudov bildirib ki, vəkili ona başqasının günahını üzərinə götürməyin düzgün olmadığını dedikdən sonra ifadəsini dəyişib. Məhkəmə dekabrın 27 -də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin may ayında Bakıda R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. R.Allahverdiyev orada ölüb. Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxsin atası isə Mərkəzi Klinik Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovdur.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir