“İranın anti-Azərbaycan əməlləri bumeranq kimi onun özünə qayıdacaq”.
Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi qeyd edib ki, İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir:
“İran özü bundan çox ciddi ziyan çəkə bilər və çəkəcək”.
“Həm bizim səfirliyimizə qarşı terror aktı, həm də deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd, eyni zamanda Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarının aşkarladığı qruplar və aparılan ilkin istintaq nəticələri göstərir ki, burada müxtəlif sahələrdə adamları cəlb etməklə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, bunun bir hissəsinin isə din adı altında cəhd ediblər”, – M.Qurbanlı əlavə edib.