Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

İsrailin keçmiş naziri: “Azərbaycan dünyada yəhudilərin tam azadlıqda yaşadığı nadir yerlərdən biridir”

“Azərbaycan dünyada yəhudilərin tam azadlıqda yaşadığı nadir yerlərdən biridir”.

Boyukmillet.com xəbər ki, bu fikirlər ABŞ-ın geniş oxucu kütləsinə malik populyar nəşri “Jewish News Syndicate”də dərc olunan “Anti-semitizmin olmadığı bir yer” sərlövhəli məqalədə əksini tapıb.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın qələmə aldığı məqalədə Anti-Diffamasiya Liqasına istinadən bildirilir ki, ABŞ-da anti-semitizm bütün zamanların ən yüksək həddinə çatıb. Anti-semitizm təzahürləri əvvəlki ilə nisbətən 36% artıb, eləcə də Avropada və əksər müsəlman ölkələrində vəziyyət daha kritikdir.

Qeyd olunub ki, anti-semit mövqeli ruhanilərin moizələri, anti-semit xarakterli kitablar və televiziya verilişləri, sosial mediada anti-semit xarakterli bəyanatlarla müşayiət olunan məqalələr yəhudilərə qarşı zorakılığa səbəb olur. Beyt-Ummarda üç İsrail əsgərinin yaralandığı son terror aktı, İranın Afinada qarşısı alınmış israillilərə hücum planı, Huvar və Tel-Əvivdə daha əvvəl baş vermiş hücumlar yaxın zamana aid misallar kimi göstərilib.

Eyni zamanda vurğulanıb ki, Qərbdə anti-semitizmin təlqini ABŞ-da Pittsburq, Kaliforniya və Texasdakı sinaqoqlara hücumlar, Almaniyada da sinaqoqlara basqınlar, Fransada dinc yəhudilərin qətli ilə nəticələnib. Bu cür təlqinlərin təkcə Yaxın Şərqdəki radikal islamçı dünya ilə məhdudlaşmadığını vurğulayan müəllif anti-semit təbliğatının Qərbdəki radikal müsəlmanlar, ifrat sağçı neonasistlər və ifrat solçular arasında yayğın olduğunu, bu tendensiyanın bütün dünyada yəhudilər üçün təhlükəli vəziyyət yaratdığını diqqətə çatdırıb.

Bütün qeyd olunanların fonunda sabiq nazir dünyada yəhudi olmağın təhlükəsiz olduğu yeganə məkan kimi Azərbaycanı qeyd edib. O, gecələr sinaqoqların açıq qaldığı yeganə ölkə olan Azərbaycanı dünyada dindar yəhudilərin təqib qorxusu olmadan dini geyimdə küçələrdə sərbəst gəzə bildiyi nadir yer kimi səciyyələndirib. Müəllifə görə, çoxları inanmaqda çətinlik çəkə bilər ki, Azərbaycan dünyada yəhudilərin tam azadlıqda yaşadığı nadir yerlərdən biridir və yəhudilər burada növbəti terror aktı və ya anti-semitizm təzahürü qorxusu ilə yaşamağa məhkum deyil. Sabiq nazir Azərbaycanda olarkən ravvin Zamir İsayevlə görüşdüyünü və sonuncunun anti-semitizmin Azərbaycan mədəniyyətinə yad olmasına dair səsləndiridiyi fikirlərdən təsirləndiyini də dilə gətirib.

İsrailli politoloqun qənaətinə əsasən, anti-semitizmin kökünü kəsmək üçün digər ölkələr Azərbaycandan uğurlu multikultural cəmiyyət qurmağın modelini öyrənməlidir. Belə ki, məhz Azərbaycan anti-semitizmin olmadığı, insanların Pasxa, Novruz və digər bayramları bir yerdə qeyd etdiyi cəmiyyət yaratmağa müvəffəq olub.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …