“2011-ci ilə qədər Azərbaycandan Quzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) səfər edənlərin sayı daha çox olub.
Boyukmillet.com xəbər verir ki, bunu KKTC-nin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç Bakıda keçirilən mətbuat konfransında deyib.
Serhan Aktunc qeyd edib ki, ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, KKTC-yə səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır.
“Azərbaycanda Quzey Kıbrısı çox gözəl tanıyırlar. Bakıya gəlişim zamanı bunları görmək çox xoş oldu mənim üçün.
Kıbrıs türk xalqı və Azəraycan xalqı təxminən eyni acıları yaşayan iki xalqdır. Siz də soyqırımın acılarını yaşamasınız, Kıbrıs türkləri də. Bu baxımdan xalqlarımızın bir-birinə bu yaxın olması təbiidir”, – deyə o bildirib.
Müşavir həmçinin bildirib ki, Quzey Kıbrıs iqtisadiyyatının əsasını turizm və təhsil gəlirləri təşkil edir. O, ümid etdiyini bildirib ki, bundan sonra Azərbaycandan Quzey Kıbrısa səfər edən azərbaycanlı turistlərin sayı artacaq.
Sehran Aktunç həmçinin bildirib ki, Bakıdan KKTC-yə Antalya üzərindən uçuşlar həyata keçiriləcək. Müşavir qeyd edib ki, aprelin 19-dan başlayaraq, bu uçuşlarun həyata keçiriləməsinə başlanılacaq.