Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanla Qazaxıstan arasında protokol imzalanıb

Azərbaycanla Qazaxıstan arasında Hökumətlərarası Komissiyanın 19-cu iclasında protokol imzalanıb.

Boyukmillet.com xəbər verir ki, protokolu Azərbaycan tərəfindən Azərbaycan energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfindən isə Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin imzalayıb.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycanla Qazaxıstan arasında Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilib. Komissiyanın 20-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb. İclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstan Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin arasında ikitərəfli görüş keçirilib. İki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. İclasda Hökumətlərarası Komissiyanın 18-ci iclasından ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib, siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, media və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb. 

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …