Cümə , 13 Mart 2026
Drone Cameras

Çavuşoğlu: “Azərbaycanla Ermənistan arasında ən qısa vaxtda sülh müqaviləsinin imzalanmasını istəyirik”

“Biz Cənubi Qafqazdakı durumu da müzakirə etdik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyənin arzusu Azərbaycanla Ermənistan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanmasıdır: “Biz istəyirik ki, regionda sülh olsun. Mən həmkarımla Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı münasibətlər barədə də danışdım”.

Check Also

Vensə Qarabağla bağlı kitab hədiyyə etdi – Paşinyan işdən çıxardı

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad …