Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Çinin şimal bölgələrini toz duman bürüyüb

Paytaxt Pekin də daxil olmaqla Çinin şimal hissəsini toz və qum dumanı bürüyüb.

Boyukmillet.com xəbər verir ki, aprelin 10-dan səhər saatlarından başlayaraq, Sincan Uyğur, Daxili Monqolustan və Ninsia Huy Muxtar rayonları, Qansu və Çinhay vilayətləri, habelə paytaxt Pekinin səmasında qatı toz dumanı müşahidə olunub. Milli Meteorologiya Mərkəzi toz dumanının səhralardan külək vasitəsilə gəldiyini, bu cür hava şəraitinin qarşıdakı günlərdə Çinin şimal, şərq və mərkəzi vilayətlərində, o cümlədən Şanxay şəhərində də müşahidə ediləcəyini açıqlayıb. Bəzi bölgələrdə hətta toz tufanının olacağı da proqnozlaşdırılır.

Paytaxt Pekində və digər yaşayış məntəqələrində havada sağlamlıq üçün təhlükəli xırda toz hissəciklərin konsentrasiyası normadan bir neçə dəfə yüksəkdir.

Milli Meteorologiya Mərkəzi toz dumanı ilə əlaqədar dördpilləli təsnifat cədvəli üzrə ən aşağı səviyyədə (“mavi”) xəbərdarlıq elan edib. Ahıllara, uşaqlara, respirator xəstəliklərdən əziyyət çəkənlərə açıq havada gəzməmək tövsiyə edilib.

Şahin Cəfərov

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …