Cümə , 5 Dekabr 2025
Drone Cameras

Mustafa Kurt: “Hazırda Türkiyədə və dünyada ciddi yazıçı, rejissor çatışmazlığı var”

“Hazırda Türkiyədə, eləcə də dünyada ciddi yazıçı və rejissor çatışmazlığı var”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Dövlət Teatrları Baş İdarəsinin direktoru Mustafa Kurt “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib.

O bildirib ki, yerli yazıçıların sayının artmasını istəyirlər: “Öz sənətçilərimizi tanıtmaq istəyirik. Xarici səfərlərdə çalışırıq ki, öz yazıçılarımızın əsərləri ilə çıxış edək. Son illərdə yazıçılıq fakültəsində oxuyan tələbələr serial və kino sahəsinə yönəliblər. Teatrı təşviq etmək üçün teatr tədbirlər təşkil edirik. Teatr əyləncə üsulu deyil, həm də maarifləndirmə üsuludur. Son zamanlar gənc aktyor və rejissorları peşəkarların yanında saxlamağa çalışırıq”.

Check Also

Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat …