Bazar , 7 Dekabr 2025
Drone Cameras

“Reuters”: İsveçrə anti-Rusiya sanksiyaları məsələsində Qərblə əməkdaşlığa hazırdır

İsveçrə anti-Rusiya sanksiyaları məsələsində Qərb ölkələri ilə əməkdaşlıq edir və onlardan yan keçməyə imkan verməyəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reurets” agentliyi ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ maliyyə nazirinin müavini Brayan Nelson gələcək əməkdaşlıq və Rusiyanın sanksiyalarından yayınmaya qarşı mübarizəni müzakirə etmək üçün gələn həftə İsveçrəyə səfər edəcək. Agentliyin mənbəsi əlavə edib ki, İsveçrə, məhdudlaşdırıcı tədbirlərdən yayınmaq üçün bir platforma kimi çıxış etmək istəmədiyini, ABŞ və digər tərəfdaşlarla əməkdaşlıq etdiyini açıqlayıb.

Qeyd olunub ki, rəsmilər dünya iqtisadiyyatının geosiyasi bloklara parçalanması ilə bağlı narahatlıqlarını da ifadə ediblər. Onların fikrincə, parçalanmaya görə qismən Çin məsuliyyət daşıyır.

“Çinin indi etdiyi çox şey onu dünyadan qapanmaq və bazaryönümlü siyasət kimi şeylərdən ayırmaqdır”, – nazirliyin nümayəndəsi vurğulayıb.

Check Also

Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq

Rusiyanın dron zərbəsi nəticəsində zədələnən Çernobıl Atom Elektrik Stansiyasındakı yeni sarkofaq artıq əsas funksiyalarını yerinə …