Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Səməd Seyidov Ermənistanda bayrağımızın yandırılmasından yazdı: “Danışıqlar prosesinə də bu cür yanaşırlar”

“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tviterdə yazıb.

O bildirib ki, Ermənistan təhlükəsizliyinin təmin olunması üçün vəd versə də, mənfur hərəkətin qarşısının alınması üçün heç bir addım almayıb:

“Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır, söz verir, amma əməl etmir”.

Qeyd edək ki, dünən, aprelin 14-də ağır Ermənistanda atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan bayrağı zala gətirildikdən sonra təşkilatçılardan biri, dizayner Aram Nikolyan biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …