Cümə , 3 May 2024
Drone Cameras

Rusiya Azərbaycanlıları İttifaqı Krımda erməni təxribatına qarşı HƏRƏKƏTƏ KEÇDİ

Rusiya Azərbaycanlıları İttifaqı, Ümumdünya Azərbaycan Mədəniyyət Fondu Simferopol şəhərində noyabrın 2-də “Artsax” adı altında konsertin keçirilməsinə etiraz bəyanatı verib. 


Bu barədə Boyukmillet.com-a Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən məlumat daxil olub. 


Məlumatda qeyd olunur ki, noyabrın 2-də Simferopol şəhərinin Çaykovski adına musiqi peşə məktəbində təşkil olunması nəzərdə tutulan rəqs ansamblının konserti Rusiya Azərbaycanlıları İttifaqı tərəfindən pislənilir.


Bəyanatda deyilir:


“Biz Rusiya Federasiyasında Azərbaycana və Rusiyaya qarşı atılan bu cür təxribat xarakterli addımları pisləyirik. Hesab edirik ki, bu cür addımlar Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Rusiya ilə Azərbaycan arasında 3 iyul 1997-ci ildə imzalanmış Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik haqqında müqavilənin bəndləri də bu təxribatla pozulmuş olur. Çünki bu müqaviləyə əsasən tərəflər bir-birinə qarşı yönəldilmiş separatçı tendensiyalarla mübarizə öhdəlikləri götürüblər. Bu baxımdan “Artsax” terrorçu rejiminin təbliği yolverilməzdir”.

Sənəddə Rusiya Azərbaycanlıları İttifaqı Rusiyanın müvafiq orqanlarının digər mühim faktları da xatırladıb. “Bizi məyus edən məqamlardan biri də odur ki, Böyük Vətən müharibəsi zamanı Krım uğrunda döyüşlərdə azərbaycanlılar xüsusi rəşadət göstərdiyi halda, ermənilərin milli qəhrəmanı və Adolf Hitlerin yaxın silahdaşı olmuş Qaregin Njdenin rəhbərliyi altında minlərlə krımlı qətlə yetirilib. Biz Krım rəhbərliyini bütün bunları nəzərə almağı, Azərbaycana və Rusiyaya qarşı yönələn müxtəlif qrupların təxribat xarakterli hərəkətlərinə imkan verməməyə çağırırıq”, bəyanatda deyilir.   

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …