Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Azərbaycan cüdoçuları Avropa Kubokunu 6 medalla başa vurublar

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kubokunu Azərbaycan cüdoçuları ümumilikdə 6 medalla başa vurublar.

Boyukmillet.com-un məlumatına görə, bunlardan 1-i gümüş, 5-i isə bürünc medal olub.

73 kq çəki dərəcəsində çıxış edən Qadir Hüseynov turnirdə ikinci yeri tutub. Ondan başqa, oğlanların yarışında Aydın Rzayev (66 kq), Süleyman Əliyev (73 kq), İsmayıl Zamanov (90 kq) və Kənan Nəsibov (+100), qızların mübarizəsində isə Nərmin Əmirli (78 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa Kubokunda Azərbaycan millisinin 15 oğlan və 5 qız cüdoçusu çıxış edib.

Check Also

Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar

Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini beş medalla başa vurublar. Boyukmillet.com …