Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qərbi Azərbaycanda soydaşlarımızın tərk etdikləri kəndlərin əksəriyyəti boşdur – İcma sədri

Qərbi Azərbaycandan qovulan həmvətənlərimiz öz tarixi torpaqlarına qayıdacaqlar. Bu, onların beynəlxalq hüquqa söykənən haqqıdır. Dövlətimizin başçısı da öz çıxışlarında deyib ki, soydaşlarımızın tərk etdikləri kəndlərin əksəriyyəti boşdur, xüsusilə Zəngəzur, Dərələyəz, Göyçə, Qaraqoyunlu dərəsi. Bu ərazilərdəki yaşayış məntəqlərimizin böyük hissəsində ermənilər məskunlaşmayıb. Hər kənddə isə iki-üç gəlmə erməni ailəsi yaşayır.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

O qeyd edib ki, sonuncu deportasiya zamanı azərbaycanlıların məskunlaşdığı 200-ə qədər yaşayış məntəqəsindən soydaşlarımız qovulub. Bu o deməkdir ki, 35 il əvvəl həmin kəndlərdə bir nəfər də olsun erməni yaşamayıb. İndi azərbaycanlıların həmin boş qalan doğma kəndlərinə köçmələri ermənilərə heç bir problem yaratmayacaq. Biz bu günə qədər boş qalan ata-baba yurdlarımıza qayıtmaq istəyirik. Əgər həmin ərazilərə son 35 ildə başqa yerdən köçüb gələn ermənilər varsa, onlar da bizimlə qalıb o kəndlərdə yaşamaq istəsələr, bu şansı yaradarıq. Yox, əgər onlar bizimlə yaşamaq istəmirlərsə, psixoloji cəhətdən hazır deyillərsə, köçüb gəldikləri yerə gedə bilərlər.

“Biz Qərbi Azərbaycanda olan bütün tarixi yurdlarımıza, kəndlərimizə qayıtmaqda qərarlıyıq. Həmçinin İrəvan da buraya daxildir. Bu şəhərdə XX əsr boyunca çox sayda azərbaycanlı ailə yaşayıb. Hətta sonuncu deportasiya zamanı orada vətəndaşlarımız var idi. Bundan əlavə, İrəvanda yaşayan azərbaycanlıların məktəbləri, institutları olub, həmçinin qəzetlərimiz, kitablarımız nəşr edilirdi. Buna görə də biz tarixi haqqımızı tələb edərək İrəvana da, Qərbi Azərbaycanın ərazisinin hər qarışına da qayıtmağa hazırıq”,-deyə Ə. Ələkbərli bildirib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …