Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Naxçıvanda vergi yoxlamalarının sayı 10 dəfə azaldılıb

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında ümumilikdə vergi yoxlamalarının sayı 2022-ci ilin yanvar–mart aylarına nisbətən 10 dəfə azaldılıb, səyyar vergi yoxlaması isə təyin edilməyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, bu dövrdə bütün vergilərin təxminən 81 %-i könüllü ödənilib.

İl ərzində vergilərin könüllü bəyan edilməsində 4,2 dəfə, könüllü ödənilməsində isə 1,5 dəfə artım müşahidə olunub.

“Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti vergi inzibatçılığının təkmilləşdirilməsi prosesini davam etdirir. Bu, vergi ödəyicilərinə xidmətin keyfiyyətində və vergi ödəmələrinin artımında öz əksini tapır”, – məlumatda deyilir.

Check Also

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Cari ilin 11 ayında ümumi daxili məhsul 1.6% artıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3.2% artım, …