Cümə , 27 Mart 2026
Drone Cameras

İlon Mask bir gündə təxminən 13 milyard dollar itirib

“Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın sərvəti bir gündə 12,6 milyard ABŞ dolları azalıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, bu, 2023-cü ilin əvvəlindən bəri iş adamına dəyən ən böyük maddi ziyandır. Milyarderin sərvətinin belə nəzərəçarpacaq dərəcədə azalmasına səbəb kimi bu ilin birinci rübündə “Tesla”nın səhmlərinin 9,75 % aşağı düşməsi və “Starship” kosmik gəmisinin prototipinin partlaması göstərilib.

Bundan başqa, İ.Mask tviter istifadəçilərinin böyük bir hissəsinin aylıq 8 ABŞ dolları olan ödənişli “Twitter Blue” abunəliyini yeniləməkdən imtina etməsi səbəbindən pul itirib.

Qeyd edək ki, 51 yaşlı amerikalı sahibkarın sərvəti təxminən 164 milyard ABŞ dolları qiymətləndirilir.

Check Also

Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə “Azros-PL” MMC-nin …