Bazar , 11 Yanvar 2026
Drone Cameras

Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb.

Boyukmillet.com xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, yığmanın heyətində Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.

Check Also

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi vəfat edib

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfat edib. Bu barədə  Azərbaycan Şahmat Federasiyasının mətbuat …