Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: Azərbaycan öz içindən, İran cəsuz şəbəkəsini söküb çıxarmaqda qərarlıdır…

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Reaksiya TV-yə açıqlama verib.

Boyukmillet.com xəbər verir ki, politoluq ölkədəki siyasi və ictimai mövzulara toxunub, eyni zamanda ölkə başçısı İlham Əliyevin çıxışını analiz edərək öz fikirlərini izləyiciləri ilə bölüşüb.
“Azərbaycan üçüncü Qarabağ müharibəsinin astanasındadır” sözlərini irəli sürən Adıgözəlli , müəyyən qüvvələrin Ermənistan hökümətinin siyasətinə təsir göstərdiyini bildirib.Hansı ki, bu təsir təkcə Rusiya yox bir sıra Avropa ölkələrindən gəlir.Müəyyən bir görüşə qədər həm Azərbaycan tərəfinin həm də Ermənistan tərəfinin diqqətli olması gərəkdiyini vurğulayıb.

Azərbaycan torpaqlarının 30 il işğalda qalması Rusiya qədər olmasa da İranın böyük rolu olduğunu bildirib.Bu gün 40 milyon Azərbaycanlının yaşamağına baxmayaraq İran maksimum dərəcədə etnik assimilyasiya apararaq mədəniyyəti məhv etmək istəyir.

Samir Adıgözəlli: “Biz Azərbaycan cəmiyyəti olaraq hər şeyi aydın görürük” sözləri ilə çıxışını yekunlaşdırıb.

Daha ətraflı videomaterialda:

Mətin İmanzadə

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …