Cümə , 22 Noyabr 2024
Drone Cameras

Sabah Türkiyə, Rusiya, İran və Suriya müdafiə nazirləri görüşəcək

“Sabah Moskvada Rusiya, Türkiyə, Suriya və İran müdafiə nazirlərinin və kəşfiyyat idarəsi rəislərinin dördtərəfli görüşü keçiriləcək”.

Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, görüşün məqsədi problemlərin müzakirələr yolu ilə həllidir:

“Biz ən qısa zamanda regiona sülhün və sabitliyin gəlməsini istəyirik. Təmaslarımız qarşılıqlı hörmətə əsaslanaraq davam edir. Toplantı çərçivəsində bəzi müsbət nəticələrin əldə olunması gözlənilir. Biz regional sülhün təmin olunması üçün əlimizdən gələni edirik”.

Akar terrorla mübarizənin davam etdiriləcəyini və Türkiyənin suriyalıların təhlükəsizlik qayğılarını nəzərə aldığını söyləyib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …