Cümə , 17 May 2024
Drone Cameras

UNEC ilə Milli QHT Forumu arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli QHT Forumunun prezidenti Rauf Zeyni UNEC rektoru professor Ədalət Muradovla görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüşdə hər iki tərəf arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sonra rektor Ədalət Muradov və Milli QHT Forumunun prezidenti Rauf Zeyni qarşılıqlı əməkdaşlığa dair memorandumu imzalayıblar. Memorandumda UNEC tərəfindən təsis edilmiş QHT-lərə dəstəyin göstərilməsi, o cümlədən tələbələrin qrant layihələrinin hazırlanması bacarıqlarının formalaşdırılması məqsədilə təlimlərin keçirilməsi nəzərdə tutulub.

Check Also

Milli QHT forumunun keçirdiyi qurultay etirazla qarşılandı – QEYRİ-OBYEKTİV

QHT rəhbəri Samir Adıgözəlli qeyd edir ki, “Sonuncu qurultay 2016 ildə keçirilmişdir və nəhayət 8 …