Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Azərbaycan millisinin rəqibi məşqçisi ilə yollarını ayırıb

Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Norveç yığmasının məşqçisi Martin Fayston vəzifəsindən ayrılıb. 

“Report”un Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, ölkə yığmasında baş məşqçi Per-Matias Höqmonun ardından baş verən ikinci istefa olub. Höqmo uğursuz nəticələri ilə əlaqədar noyabrın 16-da qovulub. 2013-cü ilin payızında Norveç yığmasına gələn M.Foystonun 3 illik müqaviləsinə isə ötən gün xitam verilib. 

Qeyd edək ki, ilk görüşdə Bakıda Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olan Norveç yığması 4 oyundan sonra 3 xalla qrupda 5-ci pillədə qərarlaşıb.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir