Şənbə , 28 Noyabr 2026
Drone Cameras

Şəmkirdə məcburi köçkünün tövləsi yanıb, 67 baş iribuynuzlu heyvan tələf olub

Şəmkir rayonunda tövlədə baş verən yanğın heyvanların tələf olması ilə nəticələnib. 

“Report”un məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində məskunlaşan məcburi köçkün Əkbər Sovet oğlu Ələkbərova məxsus təsərrüfatda baş verib.

Yanğın zamanı Laçın rayonundan olan məcburi köçkünün tövləsində olan 67 baş iribuynuzlu mal-qara yanaraq tələf olub.

Yanğının baş verməsinin səbəbləri araşdırılır.

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir