Cümə , 22 Noyabr 2024
Drone Cameras

Akademik Zərifə Əliyevanın 100 illiyi Ədliyyə Nazirliyində geniş qeyd olunub

Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı ədliyyə orqanlarında silsilə tədbirlər keçirilir.

Boyukmillet.com xəbər verir ki, bu münasibətlə nazirlik tərəfindən görkəmli oftalmoloq-alimin işıqlı xatirəsinə həsr olunan geniş konfrans keçirilib, yeni xatirə guşələri, saytda ayrıca bölmə yaradılıb, filmlər, foto-video slaydlar nümayiş etdirilib, mediada və sosial şəbəkə hesablarında məlumatlar paylaşılıb, Ədliyyə Akademiyasında nazirliyin tibb xidmətinin əməkdaşları üçün xüsusi mühazirələr oxunub.

Milli Oftalmologiya Mərkəzinin həkim mütəxəssisləri tərəfindən nazirliyin əməkdaşları, ədliyyə orqanlarında çalışan Vətən müharibəsi iştirakçıları və onların ailə üzvləri üçün səyyar ixtisaslı oftalmoloji yardım həyata keçirilib, qanvermə aksiyası təşkil olunub.

Yubiley münasibətilə nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər. Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunaraq dərin ehtiram bildirilib.

Keçirilən tədbirlərdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanımın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyi, ölkəmizdə tibb sahəsinin, oftalmologiyanın inkişafına mühüm töhfələr verdiyi, yüksək ixtisaslı tibbi kadrlar yetişdirdiyi qeyd olunub.

Zərifə xanımın sədaqətli ömür-gün yoldaşı kimi ümummilli lider Heydər Əliyevə daim ən yaxın silahdaş olduğu bildirilib, Azərbaycana İlham Əliyev kimi dünya şöhrətli siyasi və dövlət xadimi, Müzəffər Ali Baş Komandan bəxş etdiyi vurğulanıb.

Bildirilib ki, şərəfli həyat yolu bugünkü və gələcək nəsillər üçün parlaq nümunə olan akademikin nurlu xatirəsi daim qəlblərdə yaşayacaqdır.

Zərifə Əliyevanın doğum günündə cəmiyyətin həssas qrupu olan qadın məhkumlar üçün cəzaçəkmə müəssisəsində ictimaiyyət nümayəndələrinin iştirakı ilə mədəni proqram təşkil olunub, müəssisənin qarşısında xatirə bulağı istifadəyə verilib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …