Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan karateçisi Avropa çempionu olub

Azərbaycan karateçisi Ülvi Məmmədov Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə keçirilən 13-cü Avropa çempionatının qalibi olub.

Boyukmillet.com-un xəbərinə görə, Azərbaycan komandasının kapitanı, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız, +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi dörd döyüşün hamısını qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ü.Məmmədov finala gedən yolda Rumıniya, Gürcüstan və Çex təmsilçisindən üstün olub. Finalda yerli idmançı ilə qarşılaşan Azərbaycan təmsilçisi görüşdən qalib ayrılaraq Avropa çempionu titulunu qazanıb.

Check Also

Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar

Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini beş medalla başa vurublar. Boyukmillet.com …