Cümə , 22 Noyabr 2024
Drone Cameras

Hacettepe Universitetinin rektoru: “Atatürk və Heydər Əliyev prinsipləri əsasında yaradılan Azərbaycan-Türkiyə müttəfiqliyi dünyaya nümunədir”

“Həm Türkiyənin qurucu lideri Qazi Mustafa Kamal Atatürkün, həm də Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin prinsipləri əsasında qurulan Azərbaycan və Türkiyənin sarsılmaz müttəfiqliyi bütün dünyaya nümunədir”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un Ankara bürosuna Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran bildirib.

Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərini xatırladan rektor bildirib ki, hər iki liderin qoyduğu bu prinsiplərin yolu ilə gedən Azərbaycan-Türkiyə türk birliyinə zəmin yaradıb:

“Türkiyə və Azərbaycanın ulu öndərlərinin qoyduğu yol Türk Dövlətləri Təşkilatı kimi qüdrətli bir ittifaqın yaranmasına səbəb oldu. Getdikcə böyüməkdə olan bu birlik türkə xor baxanlara yerini tanıdır. Yəni bütün bunlar da Atatürk kimi, Heydər Əliyev kimi nadir şəxsiyyətlərin uzaqgörən siyasətlərinin nəticəsidir”.

Rektor xatırladıb 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakıya gələrək gərgin mübarizələr nəticəsində Bakını işğaldan azad etməsi Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Bunu da təqdirolunan nümunə hesab etmək olar:

“Mərhum Əliyev təsbitlərində bu dövrü xüsusi vurğulayaraq, “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi və yardımı heç vaxt unutmayacaqdır”, ifadə etməsi bugünkü nəslə çox mühüm mesajlar verir.

Heydər Əliyev müstəqillik təməli 1918-ci ildə qoyulan Azərbaycanın inkişafı üçün həyatı boyunca mübarizə aparıb. O, bir tərəfdən siyasi arenada, digər tərəfdən hərbi sahədə strategiya və komandanlıq məsələlərində Türkiyə Respublikası ilə faydalı əməkdaşlıq qurub, dövlətin təhlükəsizliyi ilə yanaşı, siyasi, iqtisadi, mədəni və sosial maraqlarına uyğun olaraq xarici ölkələrlə dostluq mühiti yaratmağa çalışıb. Dövlətlər üçün önəmli şəxsiyyət olan Heydər Əliyev kimi nadir insanların hər zaman ehtiramla yad ediləcəyinə inanıram”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …