Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Rövnəq Abdullayev onların vəzifəsini dəyişdirdi – SİYAHI

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik olub.

Qurumdan verilən məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar:

Əkbər Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən çıxarılıb, Qaz İxrac İdarəsinin rəisi təyin olunub;
Ruslan Əliyev “Azəriqaz” İB-nin baş direktorunun müavini vəzifəsindən çıxarılıb, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru təyin olunub;
Qağaməli Seyfullayev Qaz İxrac İdarəsinin rəisi vəzifəsindən çıxarılıb, “Neftqaztikinti” trestinin müdiri təyin olunub;
Füzuli Hacıyev Heydər Əliyev adına NEZ-in direktor müavini vəzifəsindən çıxarılıb, Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub;
Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar. 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …