Çərşənbə , 27 Noyabr 2024
Drone Cameras

Çində divarlarında Quranın bütün surələri yazılmış məscid üzə çıxdı-Gözlənilməz…

Son  onilliklərdə ərazisindəki müsəlmanlara, uyğur türklərinə qarşı amansız fiziki, həm də ideoloji, psixoloji təqib və repressiyalarla  İslam aləminin qəzəbinə gələn Çinin Şensi əyalətində  divarlarında  Quranın bütün surə və ayələri həkk edilmiş məscidin olduğu bilinib. 

Boyukmillet.com xəbər verir  ki, bu haqda “Shia News” agentliyi məlumat yayıb.  
Şi An cümə məscidi Çinin ən qədim və turistlər üçün maraqlı olan məscidlərindəndir. Buna əsas səbəb həmin ibadətgahın  yer üzündə divarlarında bütün Quran ayələri yazılmış  yeganə məscid olmasıdır. Məscid 762-ci miladi ilində Tang sülaləsi dövründə tikilib.  Ming sülaləsi dövründə isə məsciddə bərpa işləri görülüb və  tikintisi tamamlanıb.   Məhz həmin zamanlarda  ibadətgahın divarlarına sonuncu  Allah Kitabının bütün ayələri həkk edilib. 

Digər məscidlərdən fərqli olaraq bu məscid zahiri görünüşünə görə bir Çin məbədinə oxşayır… Məscidin 12 min kvadratmetr ərazisi var. Bu ərazidə həm məscidin binası, həm də iç-içə olan həyətləri yerləşib. İbadətgahın iç-içə olan beş həyəti var.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …