Çərşənbə axşamı , 15 Aprel 2025
Drone Cameras

Burmester: “İdman siyasiləşməlidir”

İdman apolitik deyil, öz qanuni maraqlarını müdafiə etmək üçün onu siyasiləşdirmək lazımdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya Olimpiya İdman Konfederasiyasının İdarə Heyətinin sədri Torsten Burmester deyib.

O, Rusiyanın Ukraynadakı müharibəsindən sonra beynəlxalq idmanın “siyasi ab-havanın dəyişməsinə” uyğunlaşmağın çətin olduğunu vurğulayıb.

“Biz dönə-dönə siyasi reallıqlarla üzləşməli olacağıq. Ola bilsin dünya idmanında sistemli münaqişələrin yeni erasına daxil olmaqla, bizə daha aydın oyun qaydaları və daha az parçalanmış hərəkətlər lazım olacaq”, – Burmester bildirib.

“Olimpiya ailəsinin üzvləri olaraq biz dünya idmanında birliyin təhlükə altında olduğunu görürük. İdman siyasətdən kənar deyil, qanuni maraqlarını müdafiə etmək üçün onu siyasiləşdirmək lazımdır”, – funksioner vurğulayıb.

Check Also

Barro: Rusiyanı masaya “boğa-boğa” gətirmək lazımdır

Rusiyanı danışıqlar masasına gətirmək üçün onu sanksiyalarla boğmaq lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Fransa …